KİV: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır

ABŞ hesab edir ki, Rusiya “Hörümçək toru” əməliyyatına cavab olaraq öz imkanlarını hələ tam istifadə etməyib.

 

Azinformasiya.az  xəbər verir ki, “Reuters“in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata əsasən, Moskva, çox güman ki, raket və PUA-larla zərbələri də əhatə edə biləcək genişmiqyaslı və çoxşaxəli hücum hazırlayır.

Mənbələrdən birinin sözlərinə əsasən, cavab asimmetrik olacaq. Yəni məqsədləri və xarakteri etibarilə Ukraynanın əməliyyatına birbaşa güzgü effekti ilə uyğun gəlməyəcək.

Digər mənbə isə bildirib ki, hücum yaxın günlərdə həyata keçirilə bilər, lakin dəqiq vaxt məlum deyil.

Cümə günü Rusiya artıq Kiyevə genişmiqyaslı raket hücumu həyata keçirib və bu hücum Rusiya Müdafiə Nazirliyi tərəfindən “Ukraynanın terror aktlarına cavab” kimi təqdim olunub. Ancaq ABŞ bu hücumu daha böyük bir əməliyyatın başlanğıcı kimi qiymətləndirir.

Qərb diplomatları ehtimal edirlər ki, gələcək hücumlar Ukraynadakı simvolik hədəflərə – məsələn, hökumət binalarına və ya Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) qərargahına yönələ bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir