Rusiya XİN: Moskva London və Vaşinqtonu Kiyevə təsir göstərməyə çağırır

Moskva London və Vaşinqtonu eskalasiyanı dayandırmaq üçün Kiyevə təsir göstərməyə çağırır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə əsasən, reaksiyanın olmaması onu deməyə əsas verir ki, ən pis ssenaridə Qərb, təxribatların hazırlanmasında iştirakçı ola bilər.

Ryabkov qeyd edib ki, Rusiya Kiyevin dəmir yollarına və aerodromlara hücumundan sonra maksimum təmkin nümayiş etdirib.

Nazir müavini Ukraynanın hücumlarına necə cavab veriləcəyi ilə bağlı qərarın Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu söyləyib.

“Rusiya bundan sonrakı eskalasiyanın qarşısını almaq üçün ABŞ və Böyük Britaniyadan Ukraynanın Rusiya Federasiyasının strateji aviasiyasına olan hücumlarına dəqiq reaksiya tələb edir.

Kiyevin hərəkətləri eskalasiyaya yönəlib, Avropa ilə birlikdə sülh nizamlanmasını pozmaq üçün hər şeyi edirlər”.

Ryabkov vurğulayıb ki, Rusiya ABŞ ilə münasibətləri normallaşdırmaq üçün maksimum səy göstərir:”Dialoq qurulacaq və davam etdiriləcəkdir. Vaşinqtonla kəsişmə nöqtələri o qədər də çox deyil və onları praktik hərəkətlərə çevirmək vacibdir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir