Kreml: Avropanın Ukraynaya silah məhdudiyyətlərini aradan qaldırması eskalasiyadır

Kreml Avropa ölkələrinin Ukraynaya tədarük edilən silahların çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırmasını eskalasiya adlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələrinin bu qərarı eskalasiyadır.

“Dünən Mertz məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarın verildiyini açıqladı. Dünən nazirlər kabinetinin üzvlərindən biri bunu təkzib etdi. Bu gün ya da dünən axşam gec saatlarda Mertz təkid etdi ki, belə bir qərar bir neçə ay əvvəl verilib. Bu və ya digər şəkildə, əgər bu doğrudursa, bu, eskalasiyadır və əldə edilmiş sülh yolu ilə nizamlanma cəhdlərinə ən ciddi ziddiyyət təşkil edən ciddi eskalasiyadır”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, mayın 26-da Almaniya kansleri Fridrix Mertz Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-ın Ukraynaya tədarük edilən silahların çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını açıqlayıb. Daha sonra vitse-kansler Lars Klinqbeyl bildirib ki, Ukraynanın ala biləcəyi alman silahlarının çeşidi ilə bağlı Almaniyanın siyasəti dəyişməz qalıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir