Rusiya XİN: Moskva və Ankara dinc Cənubi Qafqazda maraqlıdır

Moskva və Ankara dinc və proqnozlaşdırıla bilinən Cənubi Qafqazda maraqlıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanın mayın 26-27-də Moskvaya səfəri öncəsi yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, səfər zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, eləcə də nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı müzakirəsini planlaşdırırlar. “Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır”, – deyə Rusiya XİN-nin bəyanatında bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir