Andrey Sibiqa Bakıda Rusiyanın Ukraynaya son hücumu barədə danışıb

Azərbaycanda olmağıma çox şadam, uzun müddətdir Bakıda olmamışdım, Azərbaycandakı inkişaf məni çox təəccübləndirdi.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycana yola düşərkən Rusiya Ukrayna və Kiyevə qarşı ən amansız hücumlardan birini həyata keçirib: “Təəssüf ki, yaralananlar və həyatını itirənlər var. Bu, Rusiyanın bütün sülh təşəbbüslərinə cavabıdır. Raketlər və dronlar mənim evimin üzərindən keçirdi, bir anlıq düşündüm ki, səfəri təxirə salım”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir