Hacıqabul sakini göldə boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə Hacıqabul şəhərinin kənarında yerləşən balıq yetişdirilən göllərdən birində qeydə alınıb.
Hacıqabul sakini, 1991-ci il təvəllüdlü Nuriyev Elman Teymurşah oğlu göldə boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az