“MEGOBARI aktı” gürcü xalqına, Gürcüstanın müstəqilliyinə və suverenliyinə qarşı düşmənçilik aktıdır.
Azinformasiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Hökumət rəhbəri hər kəsi gürcü xalqının seçiminə hörmətlə yanaşmağa çağırıb.
“Bu, çox kobud bir müdaxilədir və tamamilə qeyri-məhsuldardır. Hər kəs gürcü xalqının seçiminə, Gürcüstanın suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmalıdır”, – deyə baş nazir bildirib.
İrakli Kobaxidze, həmçinin qeyd edib ki, onun Donald Tramp və J.D Vensə açıq məktubuna cavab verilməyib, baxmayaraq ki, susmaq da çox vacib cavab sayıla bilər.
Azinformasiya.az