Qax şəhər sakini Məhəmməd Abdukərim oğlu Qurbanova məxsus marşrut avtobusu yanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Qax şəhər ərazisində qeydə alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Məlumata əsasən, avtobus park edilən ərazidən keçən elektrik naqili qırılaraq texnikanın üstünə düşüb. Bu da avtobusda yanğına səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az