Zelenski Trampa cavab verib: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəyəm

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lı həmkarı Donald Trampın çağırışına cavab olaraq bildirib ki, mayın 15-də Türkiyədə danışıqlara hazırdır, lakin şəxsən Rusiya lideri Vladimir Putinlə.

 

Azinformasiya.az  “Unian”a istinadən xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

Zelenski, eyni zamanda 12 may tarixindən etibarən atəşkəs razılaşmasından imtina etmədiyini də vurğulayıb.

“Biz sabahdan etibarən tam və uzunmüddətli atəşkəsi gözləyirik ki, diplomatiya üçün zəruri zəmin yaransın. Qətlləri uzatmağın mənası yoxdur. Və Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəyəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”, – deyə Zelenski yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir