Tramp Ukraynanı Putinin təklif etdiyi İstanbul danışıqlarına dərhal razılıq verməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə keçirməyi təklif etdiyi danışıqlara dərhal razılıq verməyə çağırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.

“Rusiya Prezidenti Putin atəşkəs razılaşması bağlamaq istəmir. O, bu qanlı qırğınların dayandırılması məqsədilə 15 mayda Türkiyədə görüşmək istəyir. Ukrayna buna dərhal razılıq verməlidir”, – Tramp vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir