İsmayıllıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

İsmayıllıda avtomobil qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir