Bu gün səhər saatlarında Filippinin paytaxtı Manilada yerləşən Ninoy Aquino Beynəlxalq Hava Limanının (NAIA) 1-ci terminalının girişində ağır avtomobil qəzası olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABS-CBN News kanalı məlumat yayıb.
Kanal yaralıların vəziyyəti və zərərçəkənlərin sayını açıqlayıb. Məlumata əsasən, qara rəngli SUV tipli avtomobil hava limanının girişindəki səkiyə çırpılaraq iki nəfərin həyatına son qoyub, bir neçə nəfər isə yaralanıb.
Filippin Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, hadisə nəticəsində 4 yaşlı qız uşağı və bir kişi həlak olub. Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Hadisəyə səbəb olan avtomobilin sürücüsü dərhal polis tərəfindən saxlanılıb. Hazırda hadisənin səbəbləri və təfərrüatları ilə bağlı istintaq aparılır.
Azinformasiya.az