Ermənistanda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb

Mayın 1-də yerli vaxtla saat 07:47-də Ermənistanda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, yeraltı təkanlar Qeqarkunik rayonunun Qavar şəhərindən 13 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Seysmoloji Xidmətin məlumatına əsasən, episentral zonada yeraltı təkanlar 3-4 bal təşkil edib.

Zəlzələ Ermənistanın bir sıra rayon və kəndlərində,eyni zamanda Azərbaycanın sərhəd bölgələrində hiss olunub.

Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir