İstanbulda güclü zəlzələ olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib.
Yeraltı təkanlar Mərmərədə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən danışıb.
O, prosesi yaxından nəzarətdə saxladıqlarını qeyd edib.
“Millətimizə keçmiş olsun”, – Türkiyə Prezidenti vurğulayıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə deyib ki, zəlzələ hiss olunan ərazilərdə müvafiq işlər aparılır.
AFAD İstanbulda güclü zəlzələdən sonra sakinləri riskli binalardan uzaq durmağa çağırıb.
APA xəbər verir ki, İstanbul Böyük şəhər Bələdiyyəsindən bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb.
İstanbul Valiliyi də hazırda hər hansı dağıntı xəbərinin olmadığını açıqlayıb.
Zəlzələdən sonra afterşokların davam etdiyi bildirilir.
Azinformasiya.az