Bakıda restoranda yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 2 paq.m kabel və 2 m² sahədə yığılan taxta tullantıları yanıb.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqdakı sanitar qovşağın plastikdən ibarət qapısı əriyib. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir