Qubada maşın aşıb, sərnişin ölüb

Qubada sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Ədilov Bayaz Sabir oğlu idarə etdiyi “VAZ-21010” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir, Daşdəmirov Rəvan və Ədilov Rafiq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir