“Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır. Qərb onu özünün geosiyasi oyunlarına cəlb etsə, Ermənistan Avrasiya İqtisadi İttifaqının verdiyi üstünlükləri itirmək təhlükəsi ilə üzləşəcək”.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Ermənistanın Avropa İttifaqına yönəlməsi ona görə narahatlıq doğurur ki, bu addım adıçəkilən ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə ziddiyyət təşkil edir. Biz Ermənistandakı çoxsaylı həmkarlarımızla söhbətlərimizdə də bu məqamı onların diqqətinə çatdırırıq. Məlumdur ki, Ermənistan bu quruma üzv olduğu üçün dinamik şəkildə inkişaf edir, bütün sahələrdə iqtisadi inkişaf qeydə alınır. Qərb Ermənistanı özünün geosiyasi oyunlarına cəlb edib, Rusiyadan və digər müttəfiqlərindən qoparmağa çalışsa, onlar məhz bu böyük sərvətdən məhrum ola bilər”.
Azinformasiya.az