Gürcüstan XİN rəhbəri ATƏT Baş katibi ilə regional məsələləri müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə səfərdə olan ATƏT Baş Katibi Feridun Sinirlioğlu ilə regional təhlüksizlik məsələlərini müzakirə edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Maka Boçorişvili görüşdən sonra birgə mətbuat konfransında deyib.

Gürcüstanın iki rayonu – Abxaziya və Sxinvali Rusiyanın işğalı altındadır və Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozmaqda davam edir. Sizin özünüzüz işğal xəttinə səyahət etmək, ölkənin ortasındakı tikanlı məftilləri öz gözlərinizlə görmək, işğalın ağır humanitar nəticələrini öyrənmək imkanınız olacaq. Biz, eyni zamanda işğal olunmuş ərazilərdə təhlükəsizlik və insan haqları üzrə beynəlxalq mexanizmlərə çıxışın təmin edilməsini vacib hesab edirik. Gürcüstan regionda sülh və sabitlik istəyir”, – Maka Boçorişvili vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir