Astarada tanınmış bərbər özünü öldürüb

Astarada 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti onun yaşadığı ünvanda tapılıb.

İlkin ehtimallara görə, Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.

Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində tanınmış bərbər kimi fəaliyyət göstərib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir