Putin İran XİN rəhbəri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

İran XİN rəhbərinin gündəliyinə ikitərəfli və regional əməkdaşlıq, o cümlədən beynəlxalq arenada birgə fəaliyyət məsələlərinin müzakirəsi daxildir.

Həmçinin danışıqlarda Tehranla Vaşinqton arasında İranın nüvə proqramına dair müzakirələrin də diqqət mərkəzində olması gözlənilir.

Qeyd edək ki, A. Araqçi səfərdən öncə V. Putinə İranın Ali liderinin məktubunu təqdim edəcəyini açıqlayıb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir