Ağdərədə azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində baş verib. 2022-ci il təvəllüdlü Ömər Ağazadə yaşadıqları binanın 5 mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma başlanıb.
Azinformasiya.az