“Qəzza zolağında döyüşlərə son qoymaq üçün HƏMAS hərəkatı bütün girovları azad etməlidir.”
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ prezidentinin girovların işi üzrə nümayəndəsi Adam Bouler bildirib.
“Mən sizə deyə bilərəm ki, girovlar azad edilərsə, döyüşlər dərhal dayandırılacaq”, – o deyib.
Bouler, eyni zamanda vurğulayıb ki, girovların azad edilməsi sülhə doğru ilk addımdır.
Bouler hesab edir ki, İsrail və HƏMAS arasında danışıqlar hələ də aparıla bilər.
Azinformasiya.az