Səyyad Salahlı Saatlıda silsilə görüşlər keçirib – FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səyyad Salahlı Saatlı rayonunda silsilə görüşlər keçirib.

 

Belə ki, deputat ilk olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Saatlı rayon təşkilatının inzibati binasında bir qrup seçicisi ilə görüşüb. Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər, edilən təklif və müraciətlərlə bağlı zəruri qeydlər aparılıb. Vətəndaşları narahat edən bəzi problemlərin yerindəcə həllinə nail olunub. Millət vəkili həlli zaman tələb edən məsələlərlə bağlı isə aidiyyatı dövlət qurumlarına sorğu göndərəcəyini bildirib.
Daha sonra deputat Səyyad Salahlı YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizovla birlikdə Nərimanov kənd orta məktəbinin binasında Nərimanov, Musalı, Dəlilər, Novruzlu, Kamallı, Hacıqasımlı, Naharlı və Məzrəli kəndlərinin sakinləri ilə görüş keçirib. Seçicilərini salamlayan millət vəkili VII çağırış Milli Məclisin ötən dövrü ərzində gördüyü işlər haqqında onlara ətraflı hesabat verib. Səyyad Salahlı bildirib ki, bu gün Azərbaycanın bütün bölgələrində cənab prezident İlham Əliyevin rəhbərliyi altında geniş quruculuq işləri həyata keçirilməkdədir. Əhalinin sosial rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqətindədir.
Görüş zamanı vətəndaşlar onları maraqlandıran bir sıra suallara cavab tapıblar. Həmçinin sakinlərin müraciətləri qeydə alınaraq həlli istiqamətində lazımi addımların atılacağı vurğulanıb. Seçicilər hər zaman onların yanında olub, qayğıları ilə maraqlandığına görə deputat Səyyad Salahlıya öz təşəkkürlərini bildiriblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir