Litva Gürcüstanın Baş naziri İrakli Kobaxidze, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla bir sıra dövlət və hökumət rəsmilərinin ölkəyə girişini qadağan edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Litva Miqrasiya Departamentinin saytında məlumat dərc edilib.
Siyahıda ümumilikdə 102 Gürcüstan vətəndaşının adı yer alıb. Qeyd olunub ki, Gürcüstan rəsmilərinin Litvaya girişi 2029-cu ilin dekabrınadək qadağan edilib.
Azinformasiya.az