Peskov: Moskva və Vaşinqton sülh naminə çox çalışırlar

Ukrayna nizamlanması ilə bağlı kifayət qədər gərgin iş gedir.

 

Azinformasiya.az  xəbər verir ki, bun Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, nizamlanma ilə bağlı müsbət nəticələr var: “Ukrayna nizamlanması üzrə razılaşmanın dəqiq konturları hələlik yoxdur, lakin onun istiqamətində hərəkət etmək üçün siyasi iradə var. Moskva və Vaşinqton sülh naminə çox çalışırlar. Əlbəttə, mahiyyət o qədər mürəkkəbdir ki, dərhal nəticə gözləmək mümkün deyil. Buna baxmayaraq, ən yaxşısına ümid etmək istərdim ki, bu iş müsbət nəticələr verəcək”.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq dünya üçün sabitləşdirici rol oynaya bilər: “Bu, göz qabağındadır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir