Narışkin: NATO İttifaq dövlətinə hücum etsə, ilk olaraq Polşa və Baltikyanı ölkələr zərər çəkəcək

Rusiya və Belarus öz sərhədləri yaxınlığında NATO-nun hərbi fəaliyyətinin artdığını görür.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə əsasən, Avropa ölkələri Ukrayna ətrafında eskalasiya səviyyəsini artırır.

“Polşa və Baltikyanı ölkələr anlamalıdırlar ki, NATO-nun İttifaq dövlətinə (Rusiya-Belarus İttifaq dövləti-red) təcavüzü halında ilk olaraq onlar zərər çəkəcəklər”, – Narışkin vurğulayıb.

SVR rəhbəri qeyd edib ki, Rusiya və ABŞ intensiv dialoq aparır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir