Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.

Bundan başqa, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyəti qeyd edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir