Türkiyə Prezidenti: Suriya ilə bağlı Rusiya və ABŞ-la fikir birliyindəyik

Orta Şərqdə sülh ikidövlətli çözüm əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə mümkündür.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan dünyanı Fələstinə dəstək verməyə çağırıb. Türkiyə Prezidenti İsrailin hücumlarının Suriyada İŞİD terror təşkilatına qarşı mübarizəyə zərbə vurduğunu söyləyib. Həmçinin İsrailin etnik və dini azlıqları Suriyada mərkəzi hökumətə qarşı qaldırmağa çalışdığını bildirib:

“Soyuqqanlılığım, məsələləri diplomatik yolla həll etməyə çalışmağımız kimlərisə yanıltmamalıdır. Biz xarici siyasətdə prinsiplərlə hərəkət edirik. Biz bütün bölgə xalqları üçün sülh, rifah istəyirik. Suriya ilə bağlı Rusiya və ABŞ-la fikir birliyindəyik. Suriya ilə əlaqədar olaraq, qətiyyətlə bütün addımları atacağıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir