Ərdoğanla DEM Partiya heyəti arasında görüş müsbət məcrada keçib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla DEM Partiya heyəti arasında görüş müsbət məcrada keçib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu DEM Partiyanın həmsədrləri Sırrı Süreyya Önder ilə Pervin Buldan bildiriblər.

Görüşün 1 saat 25 dəqiqə davam etdiyi bildirilib.

Sırrı Süreyya Öndər “çox müsbət görüş oldu, çox ümidliyik” deyə görüşün nəticələrini qiymətləndirib.

Görüşlə bağlı oxşar açıqlamanı Pərvin Buldan da verib: “Çox məhsuldar bir görüş oldu. Proses yaxşı gedir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir