Şəmkirdə meyit aşkarlanıb.
Azinformasiya.az xəbər verir ki, meyit Şəmkir şəhəri ərazisində, rayon mərkəzi xəstəxanasının keçmiş binasının 3-cü mərtəbəsində tapılıb.
Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 1983-cü il təvəllüdlü R.Həsənovdur.
Meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az