Abşeronda beton zavodunda bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib.
1979-cu il təvəllüdlü fəhlə Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimallara əsasən, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.
Azinformasiya.az