Göyçayda yas məclisi zamanı eyvan uçub, xəsarət alanlar var

Göyçayda yas məclisi zamanı evin eyvanı uçub, 5 nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə dünən qeydə alınıb.

Belə ki, rayon sakinləri Həşimova Mətanət Ağakərim qızı, Vahidova Kəmalə Həşim qızı, 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, Məmmədova Nazilə Məzahir qızı və Əliyeva Susaxan Suru qızı hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir