Cəlilabadda iki maşın toqquşub, bir nəfər ölüb

Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. İki nəqliyyat vasitəsinin toqquşduğu qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Cəlilabadda Vaz2101 markalı avtomobil, BMW markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Vaz 2101 markalı avtomobilin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin Gülsüm Abdullayeva dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir