Tramp: ABŞ beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Qrenlandiyaya ehtiyac duyur

“Qrenlandiya ABŞ-a beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır, Vaşinqton onu almalıdır.”

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalist Vins Kolianezə müsahibəsində deyib.

“Beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya bizə lazımdır. Biz onu almalıyıq. Və bu, müdafiə və hətta hücum mövqeyi baxımından bizə lazım olan adadır, xüsusən də indiki dünya şəraitində. Ada bizdə olmalıdır. Ona görə də bunu deməyi xoşlamıram, lakin biz onu almalıyıq”, – Tramp deyib.

Qrenlandiyalıların ABŞ vətəndaşı olmaq istəyib-istəmədiyi ilə bağlı suala isə Tramp belə cavab verib:

“Bilmirəm. Düşünmürəm ki, onlar istəyirlər, lakin mən hesab edirəm ki, biz bunu etməliyik və biz onları inandırmalıyıq. Biz o ərazini almalıyıq, çünki onsuz siz bu torpaqların çoxunu lazımi qaydada qoruya bilməzsiniz. Ona görə də biz onu almalıyıq və düşünürəm ki, biz onu alacağıq”, – ABŞ vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir