Ucarda güçlü yanğın olub.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisində, bələdiyyəyə məxsus açıq ərazidə baş verib.
Təqribən 2,5 hektar ərazidə olan kol-kos və yabanı ağaclar yanıb. Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb və əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
İlkin ehtimala əsasən, hadisəyə səbəb yaxınlıqdan keçən kanalın kənarındakı quru kol-kosun yandırılması olub.
Azinformasiya.az