Şəkidə 23 yaşlı gəncin meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Daşüz kəndində qeydə alınıb.
Kənd sakini 2002-ci il təvəllüdlü Mahir Səmədovun meyiti yaşadığı evin həyətindəki turnikdən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı M. Səmədovun intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az