Kreml Putinlə Trampın telefon danışığının vaxtını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 16:00-dan 18:00-a kimi baş tutacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, prezidentlər lazım bildikləri qədər danışacaqlar.

Peskov qeyd edib ki, Kreml Putinlə Tramp arasında telefon danışığının yekunları barədə operativ məlumat verəcək.

Kremlin sözçüsü Putinin Trampla telefon danışığından sonra çıxış etməsinin gözlənilmədiyini bildirib.

Peskov Putinin Federal Məclisə müraciət tarixinin hələ müəyyən edilmədiyini, bunun ABŞ ilə danışıqların nəticələri ilə əlaqəli, xarici vəziyyətlə bağlı olmadığını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir