Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.
Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada dünyasını dəyişib.
Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
Azinformasiya.az