Nikol Paşinyan Məsud Pezeşkian ilə telefon danışığı aparıb

Ermənistanın Baş naziri Nikol Paşinyan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Danışıq əsnasında Paşinyan, Ermənistan və Azərbaycan arasında “Sülhün bərqərar edilməsi və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin mətni üzrə razılığın əldə edildiyini və müzakirələrin tamamlandığını bildirib.

Tərəflər, eyni zamanda Ermənistan-İran əlaqələrinə dair regional və ikitərəfli məsələləri müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir