Tramp Putinlə telefon danışığı aparıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tramp öz “Truth Social” hesabında məlumat verib.

Tramp bildirib ki, dünən Putinlə çox yaxşı və məhsuldar müzakirələr aparıb.

“Ukraynadakı dəhşətli, qanlı müharibənin sona çatması üçün yaxşı bir şans var”, – Amerika lideri vurğulayıb.

Tramp Putindən mühasirəyə alınan Ukrayna hərbçilərini bağışlamasını istədiyini bildirib: “İndi minlərlə Ukrayna əsgəri Rusiyanın mühasirəsindədir. Mən Prezident Putindən onların həyatlarına rəhm olunmasını ciddi şəkildə xahiş etmişəm. Bu İkinci Dünya Müharibəsindən bəri görülməmiş dəhşətli bir qırğın olardı. Tanrı hamısını qorusun”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir