Tərtərdə qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində baş verib.
Məlumata əsasən, 1968-ci il təvəllüdlü Muğan Həsənov oğlu 1991-ci təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaraq öldürüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az