Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalist fəaliyyəti dövründə “Molorak” qəzetində yazdığı məqaləsi ilə gündəm olub.

Azinformasiya.Az xəbər verir ki, erməni baş nazirin 1998-ci ildə dərc olunmuş məqaləsində hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanları haqda danışanda bu ifadənin ermənilərin şüurunu niyə qaraltdığını soruşur.

“20 yanvar 1990-cı ildə Bakıda öldürülənlərin xatirəsi qarşısında baş əyirəm. Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”, – deyə Paşinyan məqaləsində qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir