Milli Məclisin deputatı Səyyad Salahlı İmişli rayonunun Sarıhanlı kəndində seçiciləri ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, deputat ötən dövr ərzində gördüyü işlər barədə seçicilərinə geniş hesabat verib. Görüş zamanı kənd sakinləri onları narahat edən problemlərlə bağlı məlumat veriblər. Bəzi problemlər yerindəcə müsbət həllini tapıb. Millət vəkili həlli zaman tələb edən məsələlərlə bağlı aidiyyatı qurumlara müraciətlərin hazırlanacağını vurğulayıb.
Kənd sakinləri hər zaman onların yanında olduğuna görə deputat Səyyad Salahlıya öz təşəkkürlərini bildiriblər.
Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rüfət Muradov da iştirak edib.
Azinformasiya.az