İmişlidə “Yel, nəfəs- ruh, yaradılış…“ adlı tədbir keçirilib

11 mart 2025-ci il tarixində İmişli rayon Mədəniyyət Mərkəzinin qarşısındakı parkda İmişli Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yel, nəfəs-ruh, yaradılış…” adlı tədbir keçirilib.

 

Azinformasiya.az  xəbər verir kitədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə icra başçsı bayram tonqalını yandıraraq tədbir iştirakçıları ilə birlikdə bayramın adət-ənənlərini özündə əks etdirən sərgiyə baxış keçirib. Tədbirin rəsmi hissəsində çıxış edənlər xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edərək, xalqımıza bol ruzi-bərəkət, bayram ovqatı, sevinc və firavanlıq arzulayıblar. Qeyd olunub ki, ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir. Daha sonra rayon ictimaiyyəti İmişli rayon mədəniyyət müəssisələrinin kollektivlərinin hazırladığı bayrama həsr olunmuş səhnəciklərdə folklor nümunələrinə tamaşa edilib, mədəniyyət və incəsənət xadimlərinin ifasında bayram abu-havasını özündə əks etdirən musiqi və rəqs nümunələri ifa olunub. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl isə öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir