Şəkidə 4 otaqlı yaşayış evi yanıb.
Azinformasiya.az xəbər verir ki, günorta saatlarında rayonun Baltalı kəndində kənd sakini Kamil Müslüm oğlu Həsənova məxsus, ümumi sahəsi 72 kv/m olan 4 otaqlı fərdi yaşayış evində yanğın qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb. Yanğın evə bitişik tikilən talvara da keçib. Talvarın 16 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az