Ukraynanın Moskvaya PUA hücumu nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb

Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb, üçü uşaq olmaqla 18 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda xəstəxanalarda biri uşaq olmaqla 6 nəfər var, zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağırdır.

Qeyd edək ki, ötən gecə Ukrayna Rusiya ərazisinə 337 PUA ilə hücum edib. PUA-lardan 91-i Moskva regionu ərazisində vurulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir