Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
1986-cı il təvəllüdlü Ramin Həsənov “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında beton dirəyə çırpılıb və daha sonra eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Elman Cəbrayılovun idarə etdiyi idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində xəsarət alan Həsənov Ramin xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az