Zaqatalada ev yanıb.
Azinformasiya.az xəbər verir ki, yanğın rayonun Aşağı Tala kəndində 3 otaqdan ibarət evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az