Sumqayıtda 59 yaşlı qadın qonşusu tərəfindən bıçaqlanıb

Sumqayıtda 59 yaşlı qadın qonşu qadın tərəfindən bıçaqlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində baş verib.

1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir