Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistana rəsmi səfərə gedib.
Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Məlumata əsasən, rəsmi səfər çərçivəsində Gürcüstanın Baş nazirinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Baş nazir Abdulla Aripov və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində Daşkənddə iki ölkənin hökumət üzvlərinin iştirakı ilə Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçiriləcək.
Gürcüstanın Baş naziri Özbəkistana Respublikasına səfərində onun birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, idman naziri Şalva Qoqoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşahidə edir.
Azinformasiya.az